Xameneyinin ədalətsiz amnistiyası…

Əfv sərəncamı dördü icra edilmiş bəzi etirazçılara qarşı irəli sürülən ölüm ittihamlarına şamil olunmayacaq…

PİA.az xəbər verir ki, İranın dövlət xəbər agentliyi IRNA-nın bazar günü yaydığı məlumata görə, İranın ali lideri on minlərlə məhbusu, o cümlədən son anti-hökumət etirazları zamanı həbs edilmiş məhbusları əfv edib.

Bununla belə, Ayətullah Əli Xameneyi tərəfindən təsdiqlənmiş əfv dövlət mediasında açıqlanan təfərrüatlara görə, bütün mıhbuslara şaml edilmir. İranda saxlanılan çoxsaylı ikili vətəndaşların heç birinin əfv edilməyəcəyi bildirilir.

Dövlət xəbər agentliyi IRNA bildirib ki, korrupsiyada ittiham olunanlar, dördü icra edilmiş bəzi etirazçılara qarşı irəli sürülən ölüm ittihamı da götürülməyəcək.

Dövlət mediası xəbər verir ki, bu, xarici dövlətlərə casusluq və ya İslam Respublikasına düşmən qruplarla bağlı ittiham olunanlara da şamil amnistiya edilməyəcək.

pia.az