Malatyada zəlzələ nəticəsində ölənlərin sayı 23-ə çatıb, 420 nəfər yaralanıb
Türkiyənin Malatya şəhərində zəlzələ nəticəsində ölənlərin sayı 23-ə yüksəlib, 420 nəfər yaralanıb.
“Report” “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə şəhərin valisi Hulusi Şahin bildirib.
Onun sözlərinə görə, bölgədə 140 dağılmış bina var, 100-dən çox yaralı var, 3 nəfərin meyiti isə dağıntılar altından çıxarılıb.
“Axtarış-xilasetmə əməliyyatları davam edir”, - şəhərin valisi vurğulayıb.
pia.az