Patriarx Kirillin KQB-yə casusluq etməsi ilə bağlı arxiv sənədləri ortaya çıxıb

 Moskvanın vı Bütün Rusiyanın patriarxı Kirilin ötən əsrin 70-ci illərində Cenevrədə SSRİ üüçün casusluq edib…

Kremlin Ukraynanı işğal etmək qərarını ciddi şəkildə dəstəkləyən Rus Pravoslav Patriarxı Kirill 1970-ci illərdə Sovet İttifaqı üçün İsveçrədə casusluq edib.

PİA.az xəbər verir ki, bu barədə İsveçrənin fransızdilli “Le Matin Dimanch” qəzeti və almandilli “Sonntags Zeitung External link” qəzetləri məxfilikdən çıxarılan arxivlərə istinad edərək məlumat yayıb.

İsveçrə qəzetləri bildirir ki, Rusiyanın dini lideri KQB-yə çalışıb və 1970-ci illərdə Sovet İttifaqının xeyrinə kəşfiyyat fəaliyyəti həyata keçirib. Bu arxiv materilları 18 yanvar 2023-cü ildə məxfilikdən çıxarılıb və dərc edilib.

Məlumata görə, Kirill Cenevrədə Moskva Patriarxlığının Ümumdünya Kilsələr Şurasında rəsmi nümayəndəsi olaraq çalışırkən casusluqla məşğul olub. Kod adı “Mixaylov” olan Kirilin missiyası həm də 1970 və 1980-ci illərdə sovet agentləri tərəfindən güclü şəkildə sızan Sovetə təsir etmək idi.

Rusiya Provaslav Kilsəsi patriarxın casusluq ittihamı ilə bağlı məlumatları şərh etməkdən imtina edib. Kilsə həmçinin bildirib ki. Onların bu barədə heş bir məlumatı yoxdur.

pia.az