Bir sıra ərəb və Qərb ölkələri Əfqanıstandakı səfirliklərini bağlayıb

Kabildəki səfirliklərini bağlamaq qərarına gələn konkret ölkələrin adları açıqlanmır...

PİA.az xəbər verir ki, Al Arabiyya telekanalının məlumatına görə, bir sıra Qərb dövlətləri və ərəb ölkələri Əfqanıstanın paytaxtında səfirliklərini bağlayıb.

Kanalın mənbələri bildiriblər ki, diplomatik nümayəndəliklərin işinin dayandırılması təhlükəsizlik təhdidləri ilə bağlıdır.

Bundan əvvəl məlum olub ki, ABŞ hərbçilərinin Əfqanıstandan tələsik çıxışı zamanı tərk etdiyi silahlar qonşu Kəşmirdə yaraqlılardan tapılmağa başlayıb. Bu barədə bazar ertəsi yerli hakimiyyət orqanlarına istinadən NBC kanalı məlumat yayıb.

Yerli hakimiyyət orqanları bildiriblər ki, Kəşmirdəki qeyri-qanuni silahlı qruplar M4 və M16 tüfənglərindən, həmçinin regional münaqişədə əvvəllər görünməyən Amerika istehsalı olan digər silahlardan istifadə edir.

pia.az