Konqoda BMT-nin helikopterinə hücum olub, ölən və yaralanan var

Helikopteri təyinat nöqtəsinə endirmək mümkün olub...

Konqo Demokratik Respublikasında BMT-nin helikopterinə hücum olub.

“Report” xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

Bildirilib ki, helikopterin atəşə tutulması nəticəsində Cənubi Afrika Respublikasından olan BMT sülhməramlısı ölüb, bir nəfər isə yaralanıb.

Məlumata görə, helikopteri təyinat nöqtəsinə endirmək mümkün olub.

pia.az