Aİ Rusiyanın dondurulmuş aktivlərinin Ukraynanın bərpasında istifadəsi üçün fəaliyyətini gücləndirəcək

Avropa İttifaqı Rusiyanın dondurulmuş aktivlərinin Ukraynanın bərpasında istifadəsi istiqamətində fəaliyyətini gücləndirəcək...

APA xəbər verir ki, bu barədə 24-cü Avropa İttifaqı və Ukrayna sammitindən sonra Aİ Şurası Prezidenti Şarl Mişel, Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen və Ukrayna Prezidenti Vladimir Zelenskinin ortaq bəyanatında qeyd olunub.

"Aİ qanunvericiliyinə və beynəlxalq hüquqa uyğun olaraq Aİ Rusiyanın dondurulmuş aktivlərinin Ukraynanın yenidən qurulmasını dəstəkləmək və təzminat məqsədləri üçün istifadə edilməsi istiqamətində fəaliyyətini gücləndirəcək", - bəyanatda bildirilib.

pia.az