Ukraynada Prigojinə qarşı cinayət işi açıldı

“Putinin aşpazı” Ukraynanın ərazi bütövlüyünə və toxunulmazlığına qəsd etməkdə ittiham olunub…

PiA.az xarici mətbuata əsasən xəbər verir ki, Ukraynanın Baş Prokurorluğu, rusiyalı iş adamı və “Vagner” ÖHŞ-nin təsisçisi Yevgeni Priqojin barəsində cinayət işinin başlandığını bildirib.

Qeyd olunur ki, Ukrayna hakimiyyəti artıq Aİ-də olan “Vagner” ÖHŞ -nin iki döyüşçüsü ilə bağlı dindirmələr aparıb.

Priqojin Ukrayna Cinayət Məcəlləsinin 110-cu maddəsinin üçüncü hissəsi (“Ukraynanın ərazi bütövlüyünə və toxunulmazlığına təcavüz”) və 437-ci maddəsinin ikinci hissəsi (“Təcavüzkar müharibə aparmaları”) ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə şübhəli bilinir.

“Vaqner qrupu”nun rəhbəri axtarışa verilib.

pia.az