“Azərişıq” azad edilmiş ərazilərdəki abonentlərin sayını açıqladı

Abonentlərin bəziləri qeyri-əhali qrupuna daxildir...

Azad edilmiş ərazilərdə “Azərişıq” ASC-nin 750-yə yaxın abonenti var.

Bunu “Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, abonentlərin bəziləri qeyri-əhali qrupuna daxildir:

“Sevindirici haldır ki, azad edilmiş ərazilərdə əhali qrup abonentlərimiz də var. Ümumilikdə bu ərazilərdə abonentlərimizin olması elektrik təchizatı və sərfiyyatını hesablamağa imkan verir”.

pia.az