Şəkidə körpə qəfil öldü

Şəki rayonunda körpə vəfat edib. 

Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Baş Göynük kəndində baş verib.

2021-ci il təvəllüdlü Ruhəngiz İsrafilovanın səhhəti qəfil pisləşib

O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Körpədə anadangəlmə ürək xəstəliyi olduğu bildirilir. 

Faktla bağlı araşdırma aparılır.

pia.az