Naxçıvanda direktorla bağlı qalmaqal: Kollektiv tələb irəli sürdü - Yenilənib + Foto/Video

Naxçıvan şəhərində yerləşən 12 nömrəli tam orta məktəbin müəllimlərinin etirazı davam edir.

APA xəbər verir ki, bu gün səhər saatlarından müəllimlər məktəbin qarşısına toplaşıblar.

Onların heç biri dərsə girməyib.

Müəllimlər yeni təyin olunan direktor Turan Məmmədli məktəbdən getməyincə dərs keçməyəcəklərini deyirlər.

Hadisə yerinə Naxçıvan MR-in təhsil naziri Rəhman Məmmədov gəlib.

galery##

Naxçıvanda 12 nömrəli məktəbə yeni təyinat alan direktorla müəllimlər arasında insident baş verib.

Belə ki, müəllimlər dərs saatlarının azaldılmasına şikayətlərini bildirmək məqsədi ilə dərsə girməyiblər.

Məktəbin direktoru Turan Məmmədli bildirib ki, bu vaxta kimi sözügedən məktəbdə Təsviri incəsənət fənnini biologiya müəllimləri tədris edib və yeni müəllimin dərs saatlarını nizamlamaq məqsədi ilə digər müəllimlərin qrafikində müəyyən dəyişikliklər edilib:

“Burada müəllimlər qruplaşma yaradıblar. Bunun səbəbi mənim dərsə davamiyyət, şagirdlər üzərində nəzarət və s. tələblər qoymağımdır”.

Məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov məktəbə gəlib.

Daha ətraflı Baku TV-nin süjetində:

pia.az