Hindistanda baş verən qar uçqununun qorxunc görüntüsü yayıldı - Video

Hindistanın Cammu və Kəşmir əyalətlərindəki Gülmarq dağ-xizək kurortunda baş verən qar uçqununun videosu yayılıb.

Kadrlarda uçqunun böyüklüyü və nə qədər qorxunc olduğu görünüb. Qar kütləsi o qədər sürətlə yayılıb ki, heç kim reaksiya verməyə imkan tapmayıb.

Qeyd edək ki, uçqun nəticəsində Polşadan olan iki turist həlak olub, 8 rusiyalı və daha 19 turist xəsarət alıb.

pia.az