Senatorlar Baydendən Türkiyəyə F-16 qırıcıları verməməyi xahiş edirlər

Senatorlar tələblərini Türkiyənin Finlandiya və İsveçlə bağladığı memoranduma əməl etməməsi ilə əsaslandırıblar...

 

PİA.az xarici mətbuata əsasən xəbər verir ki, F-16 qırıcılarının Türkiyəyə satışını təxirə salmağı xahiş edən məktub Demokratlar Partiyasından olan senatorlar tərəfindən ABŞ prezidenti Co Baydenə yollanılıb. Sənəd fevralın 2-də senator Cin Şahinin saytında dərc edilib.

Senatorlar tələblərini Türkiyənin Finlandiya və İsveçlə bağladığı memoranduma əməl etməməsi ilə əsaslandırıblar. Onlar qırıcıların satışını yalnız Ankara şimal ölkələrinin NATO-ya daxil olması ilə bağlı protokolun ratifikasiyasını başa çatdırdıqdan sonra baş tutmasını istəyirlər.

Müraciəti həm Demokrat, həm də Respublikaçılar partiyasından olan 27 senator imzalayıb.

Xatırladaq ki, razılaşmaya əsasən, Türkiyə ABŞ-dan Block 70 versiyasında 40 ədəd F-16 qırıcısı, eləcə də qırıcıların modernləşdirilməsi üçün komponentlər almalıdır.

pia.az