ABŞ Konqresi dövlət borcunu islahat olmadan artırmaqdan imtina edir

Makkarti dövlət borcunun tavanın artırılmasın imkansız hesab edir...

PİA.az xarici mətbuata əsasən xəbər verir ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Kevin Makkarti bildirib ki, dövlət xərclərinin islahatı olmadan dövlət borcunun artırılması mümkün deyil.

“Mən çox açıq deyəcəyəm – xərclər barədə islahat aparmadan dövlət borcunda xalis artıma imkan verməyəcəyik. Nəhayət ki, dövlət xərcləri ilə bağlı islahatlar olmalıdır”, deyə Makkarti media nümayəndələri qarşısında çıxışı zamanı deyib.

Spiker qeyd edib ki, yalnız büdcə xərcləri ilə bağlı “davranış dəyişikliyindən” sonra dövlət borcunun artımından danışmaq mümkün olacaq.

pia.az