Conson ABŞ-ı Kiyevə uzaq mənzilli artilleriya və təyyarələr verməyə çağırıb

Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson ABŞ hakimiyyətini Ukraynanı hərbi təyyarə və uzaq mənzilli artilleriya ilə təmin etməyə çağırıb...

PİA.az xarici mətbuta əsasən xəbər verir ki, bu çağırışı Conson Atlantik Şuradakı çıxışında edib.

“Ukraynaya işi bitirmək üçün vasitələr verin, onlara uzaqmənzilli artilleriya sistemləri verin, onlara tanklar, təyyarələr verin”, deyə Conson Vaşinqtona çağırış edib.

Böyük Britaniyanın keçmiş baş naziri əmin olduğunu bildirib ki, qlobal iqtisadi dirçəliş tempi bilavasitə ukraynalıların tez qalib gəlməsindən asılıdır.

Conson Rusiyanın məğlubiyyət perspektivini Qərb üçün “həyati vacib” məsələ olaraq dəyərləndirib.

pia.az