Petr Pavel: Ukrayna Aİ və NATO-ya üzv olmalıdır

Ukrayna gələcəkdə Avropa İttifaqının və NATO blokunun bir hissəsi olmalıdır...

PİA.az xəbər verir ki, bunu Çexiyanın yeni prezidenti Petr Pavel fevralın 1-də Çexiyanın “Blesk” qəzetinə müsahibəsində deyib.

Pavelin sözlərinə görə, o, NATO-nun qarşıdan gələn sammitində iştirak etmək niyyətindədir və burada, şübhəsiz ki, Ukraynanın alyansa qəbul olunmasının tərəfdarı olacaq.

“Mənim fikrimcə, Ukrayna gələcəkdə həm NATO, həm də Avropa İttifaqının bir hissəsi olmalıdır”, deyə Çexiya prezidenti jurnalistlərin suallarını cavablandırarkən deyib.

Pavel prezident kimi Çexiyadan kənar səfərlərinin ilki olaraq Slovakiyaya planlaşdırılan səfərdən də danışıb.

Daha sonra Slovakiya prezidenti ilə birlikdə Pavel öz dəstəyini ifadə etmək üçün Ukraynaya səfər etmək niyyətindədir.

pia.az