Politico: “Siyasi meyit” Elizabeth Trass siyasətə qayıtmağa çalışır

Böyük Britaniyada cəmi 49 gün baş nazir vəzifəsini icra edən Elizabet Trass Mühafizəkar partiyada yenidən liderliyə iddialıdır...

PİA.az xəbər verir ki, bu barədə Politico nəşri məlumat yayıb.

Qeyd edək ki, Elizabet Trass Mühafizəkar partiyadaparçalanma ilə bağlı qalmaqallardan sonra krallığın iqtisadiyyatına zərbə vurmaq ittihamları qarşısında Baş nazirlikdən istefa verib. O, Birləşmiş Krallığın ən qısa müddətdə Baş naziri olub.

Politoko yazır ki, qış tətilində Vaşinqtona səfər edən Trass Respublikaçı partiyasının deputatları və fəalları ilə görüşüb.

Politoco Trassın Vaşinqtonda keçirdiyi görüşləri onun yenidən böyük siyasətə dönmək istəyi ilə əlaqələndirib.

pia.az