Priqojin məmurların xaricə getməsinin və kökəlmələrinin qadağan olunmasını tələb edir…

“Vaqner qrupu”nun rəhbəri həm də məmurların kökəlmələrinin qanunla qadağan olunmasını istəyir…

Yevgeni Priqojin məmurların Rusiyanı tərk etməsinə qanuni qadağa qoyulmasını tələb edib.

PİA.az Rusiya mətbuatına əsaəsn xəbər verir ki, iş adamı, “Vaqner qrupu”nun təsisçisi Yevgeni Priqojin müharubə müddətində bütün səviyyəli məmurların Rusiyanı tərk etməsinə qadağa qoyulmasının vacibliyini söyləyib.

Onun sözlərinə görə, “adi rus kişiləri vətənlərini müdafiə edib müharibədə həlak olarkən” məmurlar komfort həyat tərzini davam etdirirlər.

"Hazırda vəkillərim qanunvericilik orqanlarının nümayəndələri ilə bütün səviyyələrdə məmurlara təkcə Rusiyanın ərazisini tərk etməyi deyil, həm də kökəlməyi qadağan etmək mexanizmini müzakirə edirlər”, deyə Priqojin açıqlamasında bildirib.

“Vaqner qrupu”nun rəhbəri ümid etdiyini bildirib ki, belə bir qanun qəbul olunarsa, Rusiya məmurlarının sayı yarıya qədər azalacaq.

pia.az