Ukrayna Dövlət İstintaq Bürosu Avakovun ofisində axtarış aparıb

Ukraynanın keçmiş daxili işlər naziri Arsen Avakovun ofisində axtarış aparılıb…

PİA.az xəbər verir ki, bu barədə Ukraynanın “Strana” qəzeti hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən yazıb.

Qəzet yazır ki, Arsen Avakov özü də nəşrə bu məlumatı təsdiqləyib.

“Helikopter qəzası ilə bağlıaxtarış tədbirləri başa çatıb. Altı il əvvəl “Airbus” şirkəti ilə bağlanmış müqavilələrə baxdılar. Təbii ki, heç nə tapa bilmədilər. Müqavilələr hökumət və parlament tərəfindən təsdiq edilib. Açığı mənasız və axmaq hərəkət idi, amma rəsmilər öz formal borclarını yuerinə yetirdilər”, deyə Ukraynanın keçmiş daxili işlər naziri bildirib.

Bildirilir ki, axtarışları Dövlət İstintaq Bürosu (DTB) həyata keçirib.

Xatırladaq ki, yanvarın 18-də Brovarı şəhərində (Kiyev vilayəti) Airbus H225 helikopterinin qəzaya uğraması nəticəsində Ukrayna Daxili İşlər Nazirliyinin rəhbərliyi, nazir Denis Monastırski və onun birinci müavini Yevgeni Enin ödüb. Ukrayna Təhlükəsizlik Xidməti (SBU) baş verənlərin üç mümkün versiyasını açiqlayib: uçuş qaydalarının pozulması, texniki nasazlıq və qəsdən edilən hərəkətlər.

Maraqlıdır ki, fevralın 1-də “Ukrayinska Pravda” və “Strana” qəzetlərinin verdikləri məlumata görə, ukraynalı iş adamı, milyarde və oliqarx İqor Kolomoyskinin də evində axtarış aparılıb. Nəşrlər yazır ki, bu, “Ukrtatnafta” və “Ukrnafta” şirkətlərində mümkün fırıldaqlarla bağlıdır.

pia.az