Mingəçevir evdə qadın meyiti tapılıb

Əraziyə hüquq-mühafiəz orqanlarının əməkdaşları gəlib...

Mingəçevir şəhərində evdə 65 yaşlı qadın meyiti tapılıb.

"Report"un əldə etdiyi məlumata görə, bu gün səhər saatlarında şəhər ərazisində yerləşən evlərin birində 1958-ci il təvəllüdlü Pərvanə Hüseynovanın meyiti aşkarlanıb.

Əraziyə hüquq-mühafiəz orqanlarının əməkdaşları gəlib.

İlkin araşdırma zamanı məlum olub ki, qadının üzərində zorakılıq əlamətləri yoxdur.

Onun ürək çatışmazlığından öldüyü bildirilir.

Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğunda araşdırma aparılır.

pia.az