İsrail Rusiya ilə Ukrayna arasında vasitəçi olmağa hazırdır…

Netanyahu Ukrayna-Rusiya arasında sülh əldə etmək üçün vasitəçi olmağı düşünür…
“Ukrayna ilə Rusiya arasında sülh üçün vasitəçilik etməyi düşünərdim”.

PİA.az xəbər verir ki, bu sözləri İsrail baç naziri Benyamin Netanyahu çərşənbə axşamı CNN telekanalına verdiyi müsahibəsinə deyib.

İsrailin baş naziri bildirib ki, həm müharibə edən ölkələr, həm də ABŞ-ın xahişi ilə Rusiya və Ukrayna arasında vasitəçilik barədə düşünə bilər.

Netanyahu CNN-in redaktoru Jake Tapperə verdiyi müsahibədə “Bütün aidiyyəti tərəflər xahiş etsə, mən bunu mütləq nəzərə alacağam, amma özüm qarışmayacağam “, deyib.

O, həmçinin əlavə edib ki, bunun üçün doğru zaman və düzgün şərait olmalıdır.

pia.az