Səfər Mehdiyev həbsdəki işçiləri ilə üzləşdirildi

Səfər Mehdiyev budəfəki istintaqa vəkili ilə cəlb olunub...

Dövlət Gömrük Komitəsinin sədrliyindən uzaqlaşdırılan Səfər Mehdiyev tabeçiliyində çalışmış şəxslərin cinayət işinin istintaqı çərçivəsində növbəti dəfə istintaqa çağırılıb.

Gununsesi.info-nun xəbərinə görə, sabiq komitə sədri istintaqçıların suallarını cavablandırmaqla bərabər həbsdə olan baş idarə rəisləri ilə üzləşdirilib.

Məlumatda o da bildirilir ki, Səfər Mehdiyev budəfəki istintaqa vəkili ilə cəlb olunub.

pia.az