Tehranda İrana hücuma görə Ukraynanı cavabdeh tutublar…

İranda söz veriblər ki, İsfahanda hərbi obyektə hücumun cavabını verəcəklər…

İranlı deputat Meşkini: “Tehran pilotsuz təyyarələrin hücumlarına və bu hücumda Kiyevin iştirakına dair işarələrə cavab verəcək”.

PİA.xəbər verir ki, bunu İran parlamentinin xarici siyasət və milli təhlükəsizlik komissiyasının üzvü Mahmud Abbaszadə Meşkini “RİA Novosti”yə bildirib. Deputatın sözlərinə görə, Tehran İsfahandakı Müdafiə Nazirliyinin obyektinə hücumu cavabsız qoymayacaq. İndi Kiyev islam respublikasına qarşı daha açıq hücumlara yol vermir, çünki o, hansı cavabı alacağını anlayır.

“İsfahana hücum cavabsız qalmayacaq. İndi Ukrayna hakimiyyəti çox qorxur. Çünki biz heç kimlə zarafat etmirik”, deyə Meşkini bildirib.

O əlavə edib ki, Kiyevin bəyanatları Tehran üçün heç də təəccüblü deyil. Onun sözlərinə görə, Ukrayna hakimiyyəti belə mövqe tutması da aydındır. Çünki “onlar sadəcə olaraq Qərbin hegemonluğu ilə uzlaşan mövqe tutmalıdırlar”.

pia.az