İranın müharibə qorxusu - SEPAH ABŞ-ı təhdid edib…

ABŞ-ın İrana qarşı qəbul etdiyi istənilən hərbi variant, regionda ümummilli nəticələrə malik tammiqyaslı münaqişəyə gətirib çıxaracaq…

İran İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ-ı təhdid edən məlumat yayıb.

PİA.az xəbər verir ki, bu barədə Newsweek jurnalının yaydığı məlumatda bildirilir.

Nəşr bildirir ki, SEPAH CYBERY Telrqaram kanalına açıqlama verən Korpus rəsmiləri qeyd ediblər ki, əgər Vaşinqton yanlış hesablamalar aparıb İranla müharibəyə başlasa, ABŞ bu münaqişənin region və dünya üçün nəticələrinə görə məsuliyyəti daşıyacaq.

SEPAH rəsmiləri bldiriblər ki, İranın öz təhlükəsizliyini və maraqlarını qorumağa qadir olduğu şübhəsizdir.

pia.az