Abramoviç Ukraynaya 2,3 milyard funt sterlinq verir

Yaxın zamanlarda Rusiyalə milyarder Roman Abramoviç Ukraynaya 2,3 milyard funt sterlinq verəcək…

PİA.az xəbər verir ki, bu barədə The Telegraph qəzeti məlumat yayıb.

Qəzetin yazdığına görə Roman Abramoviç “Çelsi” futbol klubunu satışından əldə etdiyi vəsaiti Ukraynanın xeyriyyə fondunun hesabına köçürəcək.

Qeyd edək ki. 2022-ci ildə Roman Abramoviç “Çelsi” futbol klubunu satışa çıxarırkən əldə olunan vəsaitin Ukraynaya dəstək üçün xeyriyyə fonduna köçürəcəyini deyib. Bu pullar humanitar məqsədlərə sərf edilməlidir.

Yaxın zamanlarda Abramoviçin Ukraynaya 2,3 milyard funt sterlinq verəcəyi ilə bağlı xəbər isə Rusiyada böyük səs-küy yaradıb. Bəziləri milyarderi dövlətə xəyanətdə ittiham edir və onun haqqında cinayət işinin açılmasını təlb edirlər.

Xatırladaq ki, Roman Abramoviç Rusiya-Ukrayna münaqişəsinin həllində vasitəçilik edir.

pia.az