“Ləçəkli minalar” - Human Rights Watch Ukraynanı ittiham edib…

Human Rights Watch Ukrayna Silahlı Qüvvələrinin qanunsuz minalardan istifadə etdiyini iddia edir…

Hüquq müdafiəçilərinin məlumatına görə, Ukrayna hərbçiləri İzyum bölgəsinə piyada əleyhinə minaları basdırıblar. Bununla belə, Ukrayna Müdafiə Nazirliyi “Minaların Qadağası Müqaviləsi”nin bütün tələblərinə əməl edildiyini iddia edir.

PİA.az Ukrayna mətbuatına əsasən xəbər verir ki, Human Rights Watch hüquq müdafiə təşkilatı Ukrayna ordusunun qadağan olunmuş “ləçəkli minalarından” istifadə etdiyini iddia edir. Təşkilat yanvarın 31-də yaydığıhesabatda belə faktların İzyum bölgəsində rastlandığını bildirib.

İzyumun şərqində və ətrafında piyada əleyhinə minalar aşkar edilib. Şəhər Xarkov vilayətində yerləşir. İddia olunur ki, hüquq müdafiəçiləri Ukrayna Silahlı Qüvvələrinin “ləçəkli minalar”dan istifadə etməsini sənədləşdiriblər.

Qeyd edək ki, Ukraynanın 1997-ci il “Minaların Qadağası Müqaviləsi”nin üzvü olduğundan piyada əleyhinə hər hansı minaların istifadəsi qadağandır.

pia.az