Lukaşenka Zimbabve xalqının rifahı üçün çalışacağına söz verib…

Belarus prezidenti Aleksandr Lukaşenko Zimbabveyə işgüzar səfərə gedib...

PİA.az BelTA-ya istinadən xəbər verir ki, Belarus prezidenti Aleksandr Lukaşenko Zimbabveyə səfəri zamanı Minskin bu Afrika ölkəsinin əhalisinə fayda verəcək əməkdaşlığa açıq olduğunu bildirib.

“Biz Afrikaya bəzi illüziya demokratik dəyərləri daşımaq üçün getmirik. Gəlin Zimbabve xalqının rifahı üçün iş görək”, BelTA Belarus liderinin sözlərindən sitat gətirir.

Lukaşenko bildirib ki, Belarus artıq Zimbabveyə 2000 traktor və 80-ə yaxın taxılbiçən kombayn verib. O, çatdırılmaların gələcəkdə də davam edəcəyinə söz verib.

pia.az