Qızıla qlobal tələbat 11 illik maksimumu yeniləyib

Ötən il zərgərlik məmulatları tələbi əvvəlki ilə nisbətən 3 % azalaraq 2 086 ton olub...  

2022-ci ildə qlobal qızıl tələbi 2021-ci illə müqayisədə 18 % artaraq 4,741 min tona, qızıl təklifi isə 2 % artaraq 4,755 min tona çatıb.

“Report” xarici mətbuata istinadən xəbər veir ki, bu barədə Dünya Qızıl Şurasının 2022-ci il üçün "Qlobal Qızıl Trendləri" hesabatında bildirilir.

Sənədə əsasən, mərkəzi bankların və özəl investorların güclü alışlarının təsiri ilə qızıla tələb 2011-ci ildən bəri ən yüksək həddə çatıb, təkcə 2022-ci ilin IV rübündə 1 337 ton olub. Yeri gəlmişkən, hesabat dövründə mərkəzi bankların qızıl alışı 450 ton və yaxud 65,6% artaraq 1 136 ton təşkil edib.

Ötən il zərgərlik məmulatları tələbi isə əvvəlki ilə nisbətən 3 % azalaraq 2 086 ton olub.

İl ərzində investisiya məqsədli qızılın (sikkələr və külçə) alışı birjadankənar bazarlar istisna olmaqla 10 % artaraq 1 107 tona çatıb.

pia.az