İşdən çıxarılan direktorun vəzifələri kimə həvalə edilib? - Yenilənib

İ.İsmayılov daha əvvəl də Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktorunu müxtəlif zamanlarda əvəz etmişdi...

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktoru vəzifəsini icra edən şəxs müəyyənləşib.

Yeni təyinata qədər direktor səlahiyyətlərinin icrası müvəqqəti olaraq Gəncə şəhər Abbas Səhhət adına 1 saylı Xəstəxananın baş həkimi İlkin İsmayılova həvalə edilib.

Qeyd edək ki, İ.İsmayılov daha əvvəl də Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktorunu müxtəlif zamanlarda əvəz etmişdi.

***

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktoru vəzifəsindən azad edilib.

Bu barədə TƏBİB sədri Vüqar Qurbanov müvafiq əmr imzalayıb.

Xəstəxananın direktoru Nazim Əhmədov ötən gün tutduğu vəzifədən azad edilib.

Həmin vəzifəyə hələ ki təyinat yoxdur.(oxu.az)

pia.az