Qərb sanksiyaları fonunda İran və Rusiya bank sistemlərini birləşdirir

İran və Rusiya ticarət və maliyyə əməliyyatlarını gücləndirmək üçün banklararası kommunikasiya və köçürmə sistemlərini birləşdiriblər...

PİA.az xəbər verir ki, bu barədə Reuters Agentliyinin məlumatında bildirilir.

Vaşinqton Tehranın dünya gücləri ilə 2015-ci ildə imzaladığı nüvə sazişindən imtina etdikdən və 2018-ci ildə ABŞ-ın İrana qarşı sanksiyalarını bərpa etdikdən sonra İslam Respublikası əsas beynəlxalq bank giriş nöqtəsi olan Belçikada yerləşən SWIFT maliyyə mesajlaşma xidmətindən ayrılıb.

Keçən il Moskvanın Ukrayna torpaqlarını işğal etməsindən sonra bəzi Rusiya banklarına da oxşar məhdudiyyətlər tətbiq edilib.

İran Mərkəzi Bankının sədr müavini Möhsün Kərimi Rusiya və İran arasında sazişi şərh edərkən yarı rəsmi “Fars” Xəbər Agentliyinə deyib:

“İran banklarının artıq SWIFT-dən istifadə etmələri lazım deyil. Rusiya bankları ilə akkreditivlərin açılması, köçürmələr və ya zəmanətlər ola bilər”.

Rusiya Mərkəzi Bankı bazar günü imzalanan sazişi şərh etməkdən imtina etsə də, Kərimi xarici bankların adları barədə açıqlama vermədən “təxminən 700 Rusiya bankı və 13 müxtəlif ölkədən 106 qeyri-rus bankı bu sistemə qoşulacaq”, deyib.

İran Mərkəzi Bankının rəhbəri Məhəmməd Fərzin bu addımı alqışlayıb. O, tvitter hesabında belə yazıb: “İranla dünya arasında maliyyə kanalı təmir olunur.

Qeyd edək ki, Ukrayna müharibəsi başlayandan bəri Tehran və Moskva yaxın ikitərəfli əlaqələr qurmaq üçün hərəkətə keçiblər. Hər iki ölkə Qərbin sanksiyalarından kənardayeni iqtisadi və diplomatik tərəfdaşlıqlar qurmağa çalışır.

pia.az