Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktoru vəzifəsindən azad olunub

Onun yerinə hələ yeni təyinat yoxdur...

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktoru Nazim Əhmədov vəzifəsindən azad edilib.

"Report"un Qərb bürosunun məlumatına görə, bununla bağlı müvafiq qərar qəbul olunub.

Onun yerinə hələ yeni təyinat yoxdur.

Qeyd edək ki, Nazim Məmməd oğlu Əhmədov 2018-ci ildən bu vəzifədə çalışırdı.

pia.az