Fransa Ukraynaya qırıcı təyyarələr verə bilər…

Makron Ukraynaya təyyarə verilməsinin mümkünlüyünü deyib…

Fransa prezidenti Emmanuel Makron bildirib ki, Ukraynanın döyüş təyyarələri ilə təmin edilməsi ehtimalı istisna edilmir.

PİA.az xarici mətbuata əsasən xəbər verir ki, Makron bunu Ukrayna Prezidenti Vladimir Zelenskinin istəyinə cavab olaraq bildirib

Qeyd edək ki, Ukrayna rəsmiləri bir müddətdir ki, Qərbi Ukrayna Silahlı Qüvvələrinə təyyarə və raketlər verməyə çağırırlar.

“Biz müharibənin tələblərinə cavab verməyə çalışırıq və ona görə də Ukraynaya döyüş təyyarələrinin verilməsini istisna etmək olmaz”, deyə Makron bildirib.

pia.az