ABŞ hipersəs raketini uğurla sınaqdan keçirib

Pentaqon HAWC hipersəs raketinin uğurlu sınaq uçuşunun keçirildiyini elan edib…

PİA.az xarici mətbuata əsasən xəbər verir ki, bu barədə Pentaqonun saytında məlumat yayılıb.

“Lockheed Martin raketinin hipersəsli hava ilə nəfəs alan versiyası bütün ilkin məqsədlərinə çatıb və proqram tamamlanıb”, deyə ABŞ Müdafiə Nazirliyinin açıqlamsında deyilir.

Xəbərdə qeyd edilir edilir ki, bu buraxılış hipersəs hava ilə nəfəs alma layihəsinin (HAWC) son sınaq uçuşu olub.

Bildirilir ki, sınaq zamanı obyekt saatda 6125 kilometrdən çox sürətlə 18,3 kilometrdən çox yüksəklikdə 555,6 kilometr məsafəyə uçub.

pia.az