Ukrayna uran zirehləri olmayan “Abrams” tankları alacaq

ABŞ hətta müttəfiqləri ilə belə zireh texnologiyası olan tankları paylaşmır, buna görə də Kiyevin tezliklə Amerika maşınlarını almayacağı tamamilə mümkündür...

PİA.az xəbər verir ki, bu barədə Forbes nəşri məlumat yayıb.

Ukraynanın ABŞ-dan ilk “M1A2 Abrams” tanklarını alana qədər aylar və bəlkə də bir ilə qədər vaxt keçə bilər və bunun öz səbəbi var. Bu maşınları istehsal edən General Dynamics Land Systems (GDLS) şirkəti tankların zirehində olan uranı sökməli və onun yerinə volfram qoymalıdır.

Ancaq hər iki materialı tapmaq o qədər də asan deyil. Forbes yazır ki, GDLS, Ohayo ştatının Lima şəhərindəki dövlət zavodunda bu tanklar istehsal edilir. Yeni M1A2-nin buraxılışı altı ay davam edir. Lakin bir həftə ərzində şirkət ABŞ ordusunun ehtiyatlarından götürülmüş üç tankı dəyişdirə və təkmilləşdirə bilər. Hər bir belə döyüş maşınının zirehində tükənmiş uran qarışığı var.

Tükənmiş uran nüvə sənayesinin əlavə məhsuludur. ABŞ-da metal Enerji Departamentinin yurisdiksiyasına aiddir və departament bu cür materialların ixracını qadağan edib. Hər kəs belə bir qadağanın zəruri olması ilə razılaşmır. Hələ 1986-cı ildə ABŞ Hesabat İdarəsi bu qərarı şübhə altına alsa da dəyişikliyə nail ola bilmədi.

pia.az