İsrail XİN Iranin hərbi obyektlərinə hücumu şərh etməkdən imtina edib

İsrail Xarici İşlər Nazirliyi İranın İsfahan şəhərində hərbi zavoda hücumu şərh etməkdən boyun qaçırıb…

PİA.az xarici mətbuata istinadən xəbər verir ki, bazar günü, yanvarın 29-da İsrail Xarici İşlər Nazirliyi İranın İsfahan şəhərindəki hərbi zavoda hücumu şərh etməkdən imtina edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən TASS-a bildiriblər ki, “Biz bu mövzu ilə bağlı şərh vermirik”.

Qeyd edək ki, yanvarın 29-na keçən gecə İsfahandakı hərbi zavodda güclü partlayış baş verib. Partlayışda ölənlərin olmadığı, bu hadisə nəticəsində xəsarət alan Rusiya Federasiyası vətəndaşları barədə məlumat olmadığı qeyd edilib. İran rəsmiləri partlayışın səbəbləri ilə bağlı araşdırmalara başlayıb.

pia.az