Mark Kemeron ANAMA sədri Vüqar Süleymanovla görüşüb

Mark Kemeron ilə ANAMA sədri Vüqar Süleymanov arasında görüş baş tutub...

ABŞ Dövlət Departamentinin Qafqaz İşləri və Regional Münaqişələr Ofisinin direktoru Mark Kemeron Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi Agentliyinin (ANAMA) sədri Vüqar Süleymanov ilə ABŞ-nin Minalar Məsləhətçi Qrupu (MAG) tərəfindən həyata keçirilən humanitar minalarla mübarizə yardımını müzakirə etmək üçün görüşüb.

PİA.az xəbər verir ki, Birləşmiş Ştatlar ölümcül minaların və partlamamış hərbi sursatların təmizlənməsi üzrə Azərbaycanla tərəfdaşlığını davam etdirməyi öhdəsinə götürüb. 1999-cu ildən bəri ABŞ Azərbaycanda humanitar minalarla mübarizə üçün 32,2 milyon dollardan çox vəsait ayırıb. Bu səylər Azərbaycanda insan təhlükəsizliyinin və regionda sülhün möhkəmləndirilməsinə mühüm rol oynayır.

pia.az