Sabahdan rayonlara qar yağacaq, yollar buz bağlayacaq - Xəbərdarlıq

Dağlıq rayonlarda yollar buz bağlayacaq...

Yanvarın 29-u qərb rayonlarından başlayaraq fevralın 1-dək əsasən dağlıq və dağətəyi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidmətinin yaydığı xəbərdarlıqda bildirilib.

Qeyd olunub ki, yanvarın 30-u gündüz yağıntılarda fasilə olacaq. Dağlıq rayonlarda yollar buz bağlayacaq.

pia.az