Bakıda dəhşət: Hamilə qadın intihara cəhd etdi, körpəsi öldü

Hazırda faktla bağlı araşdırma aparılır...

Bakıda 18 yaşlı hamilə qadın intihara cəhd edib, körpəsi tələf olub.

PİA.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Binəqədidə, Xocasən qəsəbəsində baş verib.

Belə ki, 2004-cü il təvəllüdlü Fidan Quliyeva (şərti ad-soyad) yaşadığı evdə dərman içərək özünü öldürmək istəyib. Ailə üzvləri dərhal onu xəstəxanaya çatdırıblar və qadının həyatını xilas etmək mümkün olub.

Məlumata görə, intihara cəhd edən F.Quliyeva 7 aylıq hamilə imiş. Xəstəxanada məlum olub ki, içdiyi dərmanların təsirindən uşaq ana bətnində tələf olub.

Hazırda faktla bağlı araşdırma aparılır.

pia.az