Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti vəfat edib

Xəlilova uzun çəkən xəstəlikdən sonra dünyasını dəyişib...

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, nevroloq, Azərbaycan Tibb Universitetinin (ATU) nevrologiya kafedrasının dosenti Dilarə Xəlilova vəfat edib.

Bu barədə ATU-dan məlumat verilib.

Qeyd olunub ki, D.Xəlilova uzun çəkən xəstəlikdən sonra dünyasını dəyişib.

pia.az