Bakıda binanın mansardında tikilən əlavə balkon sökülür - Video, Yenilənib

Binanın üst mərtəbəsində, mansardına bir balkon artırılıb...

Paytaxtın Səbail rayonunda yaşayış binasının mansardında inşa edilmiş əlavə balkon sökülür.

Hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları həmin ərazidədir.

***

Bakı şəhərində binanın mansardına əlavə balkon inşa edilib.

Oxu.Az-ın məlumatına görə, balkon Səbail rayonunda yerləşən çoxmərtəbəli binaların birində artırılıb.

Belə ki, binanın üst mərtəbəsində, mansardına bir balkon artırılıb.

Həmin fotonu Samirə Yaşar adlı sosial şəbəkə istifadəçisi paylaşıb.

pia.az