Vətəndaşlardan 12 ov tüfəngi götürüldü

Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır...

Polis əməkdaşlarının əldə edilən məlumatlar əsasında keçiridikləri əməliyyat tədbirləri nəticəsində yanvarın 27-də respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 12 ədəd ov tüfəngi götürülüb.

Bu barədə PİA.az-a DİN-dən məlumat verilib.

Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.

pia.az