TÜRKPA Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumu hərtərəfli araşdırmağa çağırıb

“Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Katibliyi bu gün Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə silahlı hücumu qətiyyətlə pisləyir”.

PİA.az xəbər verir ki, bu barədə TÜRKPA rəsmi “Facebook” səhifəsində paylaşım edib.

“Silahlı basqın nəticəsində səfirliyin mühafizə xidmətinin rəisi həlak olub, iki təhlükəsizlik əməkdaşı yaralanıb. TÜRKPA Katibliyi bu mənfur hücumu hərtərəfli araşdırmağa çağırır və günahkarların ədalət qarşısında cavab verəcəyinə ümid edir”, – qeyd olunub.

“Katiblik qardaş Azərbaycan xalqının kədərini bölüşür, həyatını itirən səfirlik əməkdaşının ailəsinə dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzulayır”, - Katiblik əlavə edib.

pia.az