Britaniya kralı qardaşını saraydan qovub

III Çarlz şahzadə Endryuya Bukingem sarayını tərk etməyi əmr edib...

PİA.az xəbər verir ki, bu barədə yanvarın 26-da Britaniyanın The Sun qəzeti yazıb. Qəzet yazır ki, York hersoquna daha Bukingem sarayındakı otaqlarından istifadə edə bilməyəcəyi bildirilib.

Qeyd edilir ki, şahzadə Endryunun əmlakı saray təmir edilərkən götürülüb və işlər tamamlandıqdan sonra geri qaytarılmayıb. 62 yaşlı hersoq Londonda qalmaq istəsə, yeni yaşayış yerinə, ehtimal ki, Sent-Ceyms Sarayının yaxınlığına köçməlidir.

Məlumata görə kral Çarlz qardaşnı seksual zorakılıqla bağlı iddiaların qarşısını ala bilmək üçün iddiaçı Virciniya Giuffreyə 12 milyon funt sterlinq ödəməsinə görə qovub. Bu hadisə isə bir il əvvəl olub.

Qəzetin mənbələrindən biri bildirib ki, “Kral Bukingem sarayının şahzadə Endryu üçün yer olmadığını açıq şəkildə bildirdi. Əvvəlcə, keçən il onun ofisi, indi isə yataq otağı bağlandıonun ofisi bağlandı”.

Bildirilir ki, hazırda Bukingem Sarayında təmir işləri gedir.

pia.az