ABŞ Ukraynaya “Abrams” tanklarının təkmilləşdirilmiş versiyasını göndərəcək

ABŞ Ukraynaya “M1A2 Abrams” tanklarının təkmilləşdirilmiş variantını, lakin məxfi əlavə avadanlıq olmadan tədarük etmək niyyətindədir...

PİA.az xəbər verir ki, bu barədə Politico qəzeti öz mənbələrinə istinadən yazır.

Nəşrin məlumatına görə, M1A2 tanklarının versiyası anbarlarda saxlanılan köhnə A1 modelindən daha təkmildir.

“Ancaq Ukrayna üçün planlaşdırılan 31 tanka ən son versiyanı bu qədər ölümcül edən gizli silahlar dəsti daxil olmayacaq”, deyə məlumatda deyilir.

Qeyd edək ki, dünən ABŞ prezidenti Co Bayden Vaşinqtonun Kiyevə 31 M1 Abrams tankı təhvil verəcəyini təsdiqləyib.

Həmçinin bu gün ABŞ dövlət katibinin müavini Viktoriya Nuland bildirib ki, ABŞ-ın yaz əks-hücum əməliyyatı üçün Ukraynaya vəd etdiyi “Abrams” tanklarını vaxtında marta qədər çatdıra bilməyəcək.

pia.az