Nuland Rusiyaya qarşı sanksiyaların yumşaldılması şərtlərini açıqlayıb

Rusiya öz qoşunlarını Ukraynadan çıxararsa, o zaman ABŞ Moskvaya qarşı sanksiyaların yumşaldılmasını nəzərdən keçirməyə hazırdır...

PİA.az xarici mətbuata istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland Senatdakı çıxışı zamanı deyib.

Sanksiyaların yumşaldılması ilə bağlı sualı respublikaçı senator Pol Rend verib. O, Konqresin bəzi üzvlərinə qarşı sanksiyaların ləğvi müqabilində Rusiya Dövlət Dumasının bəzi deputatlarına qarşı sanksiyaların ləğvinin mümkün olub-olmadığını soruşub.

pia.az