Alman neft nəhəngi Rusiya bombardmançıları üçün yanacaq təmin edir

Jurnalistlər müəyyən ediblər ki, Ukraynaya qanadlı raketlər alman komponentləri ilə doldurulmuş təyyarələr tərəfindən buraxılır...

Almaniyanın ən böyük neft istehsalçısı Wintershell Dea-nın Ukraynaya raket zərbələri endirən Rusiya bombardmançıları üçün reaktiv yanacaq komponentləri təmin etdiyi güman edilir.

PİA.az xəbər verir ki, bu barədə Almaniyanın Spiegel jurnalı yazıb.

Jurnalist araşdırmasına görə, alman şirkəti Rusiyaya parafin tədarükünü “Qazprom” şirkəti ilə birgə qurduğu müəssisə vasitəsilə həyata keçirib. Bu parafin daha sonra Rusiya bombardmançılarının istifadə etdiyi aviasiya yanacağının istehsalında istifadə olunur.

pia.az