Norveçdən Ukraynaya Leopard tank dəstəyi

Norveçin müdafiə naziri Byorn Arild Qram Almaniya və ABŞ-dan sonra Norveçin də Ukraynaya “Leopard-2” döyüş tankları göndərəcəyini açıqlayıb...

PİA.az Türkiyə mediasına istinadən xəbər verir ki, Almaniya və ABŞ-dan sonra daha bir ölkə Ukraynaya tank göndərəcəyini açıqlayıb. Norveçin müdafiə naziri Byorn Arild Qram bildirib ki, Norveç Qərbin yardımı çərçivəsində Ukraynaya “Leopard-2” döyüş tankları göndərəcək. Ukraynaya nə qədər tank göndəriləcəyini açıqlamayan Qram Norveçin Ukraynaya döyüş tankları göndərilməsini dəstəklədiyini ifadə edərək, Norveçin sözügedən tank yardımına qatılacağını açıqlayıb.

Digər tərəfdən, İngiltərə Ukraynaya “Challenger-2”, ABŞ 31 ədəd “M1 Abrams”, Almaniya isə 14 ədəd “Leopard-2” tankı göndərəcəyini açıqlayıb.

pia.az