Bayden: Ukrayna Silahlı Qüvvələri tezliklə əks-hücuma keçəcək

ABŞ prezidenti Co Bayden bildirib ki, yaxın vaxtlarda Ukrayna Silahlı Qüvvələri növbəti əks-hücum əməliyyatı keçirəcək…

PİA.az xəbər verir ki, bunu ABŞ prezidenti bu gün jurnalistlər qarşısında çıxış edərkən bildirib.

“Ukrayna nəzarət etdiyi əraziləri müdafiə etməyə və çox qısa müddətdə əks hücuma keçməyə çalışır. Onların Rusiya qüvvələrinə qarşı durmaq üçün etibarlı imkanlara ehtiyacı var”, deyə ABŞ prezidenti bildirib.

Bu sözlərdən sonra Bayden Ukraynaya 31 ədəd “Abrams” tankı verildiyini də açıqlayıb.

ABŞ prezidenti hesab edir ki, bu tanklar “dünyada ən yaxşı” olduqları üçün Ukrayna Silahlı Qüvvələrinə strateji hədəflərə çatmağa kömək edəcək.

“Bu tankları idarə etmək üçün Ukrayna hərbçilərinin təlimi mümkün qədər tez başlayacaq”, deyə ABŞ prezidenti vurğulayıb.

pia.az