Baş nazir: İsraildə məhkəmə islahatları antidemokratik deyil

Netanyahu İsraildəki "antidemokratik" məhkəmə islahatının tənqidini rədd edib…

PİA.az xəbər verir ki, yanvarın 25-də mətbuat konfransında İsrailin iş adamları və iqtisadçılarının narahatlığına cavab verən Baş nazir Benyamin Netanyahu İsraildə məhkəmə islahatları pis nəticələrə səbəb olmayacağını əmin edib. Netanyahu bildirib ki, həqiqət bunun tam əksidir.“Bizim fəaliyyətimiz İsraildə demokratiyanın möhkəmlənməsinə və İsrail iqtisadiyyatının güclənməsinə yönəlib. Bu islahatlar İsraili dünyanın əksər ölkələrində olan hüquqi statusa, əvvəlki vəziyyətinə qaytaracaqlar”, deyə İsrailin Baş naziri bildirib.

Qeyd edək ki, dekabrın sonunda qurulan yeni İsrail hökuməti məhkəmə sistemində islahat planı irəli sürüb. İslahat Ali Məhkəmənin Parlamentin qərarlarını ləğv edə bilməyəcəyini nəzərdə tutur.

pia.az