Pentaqon Ukraynaya tam dəstək vəd edib

Reznikov Pentaqonun rəhbəri ilə söhbətdən sonra yaxşı xəbərlərin anonsunu verib…

Ukraynanın müdafiə naziri Oleksiy Reznikov amerikalı həmkarı Lloyd Ostinlə telefon danışığı aparıb və bu daşıqlardan sonra o, çox yaxşı xəbərlərin vədini verib.

PİA.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, nazir bu barədə öz “Twitter” hesabında yazıb.

Reznikovun sözlərinə görə, söhbət zamanı tərəflər Ramşteyn formatında görüşün nəticələrini müzakirə ediblər və bu kontekstdə Qərb tərəfdaşlarından Ukraynaya gələcək dəstək, o cümlədən müasir tanklar və digər hərbi texnikanın tədarükü ilə bağlı razılığa gəliblər.

Pentaqonun rəhbəri ukraynalı naziri ABŞ-dan Ukraynanın güclü dəstəyinə inandırıb və tam etimad vəd edib.

Xatırladaq ki, ABŞ hakimiyyəti çərşənbə günü 30-dan çox “Abrams” tankı verdiyini elan edib. Bundan əlavə, Ukrayna tərəfi ABŞ-da çoxlu sayda digər zirehli texnikalar da alacaq.

pia.az