Podolyak: Baş Qərargah Rusiyanı 1991-ci il sərhədlərinə qaytaracaq plan hazırlayır

Ukrayna prezidenti ofisinin rəhbərinin müşaviri Mixail Podolyak Ukrayna Silahlı Qüvvələrinin Rusiyaya hücumu zamanı nə vaxt dayanacağını açıqlayıb…

Ukrayna Baş Qərargahı Rusiyanın 1991-ci il sərhədlərinə qayıtması planı hazırlayır.

PİA.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə Vladimir Zelenskinin Adminstrasiya rəhbərinin müşaviri Mixail Podolyak özünün teleqram kanalında yazıb.

Podolyak bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin hücumundan sonra Rusiyada siyasi xaos başlayacaq və etnik azlıqların yaşadığı ərazilər Rusiyadan müstəqillik əldə edəcək.

O, qeyd edib ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı tərəfindən hazırlanan və Ali Baş Komandanın Qərargahının iclaslarında ətraflı müzakirə edilən əks-hücum əməliyyatı çərçivəsində Rusiya bir neçə dəfə mühüm məğlubiyyətə uğrayacaq və Ukrayna ordusu 1991-ci ilin sərhədlərində dayanacaq.

pia.az